"Tarqovı"nın bağlanması ilə bağlı məlumat yalandır - BŞBPİ

21:23 06.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtın Nizami küçəsinin (Tarqovı) yenidən bağlanması ilə bağlı yayılan məlumata münasibət bildirib.

İdarənin Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, hazırda polis tərəfindən Nizami küçəsində hərəkətə hər hansı məhdudiyyətlər tətbiq olunmur:

“Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”.